Сообщения

Сообщения за май, 2018

NƏCİB METALLAR

Изображение
Dənizlərin dibində batmış gəmilər var. Onların yelkənləri çoxdan çürüyüb, göyərtələri yosun və balıqqulaqları ilə örtülüb, dəmir hissələri isə pas atıb. Tunc toplar da şor dəniz suyundan qaralıb. Təkcə gəmi anbarlarında qalan qızıl pullar bu neçə illər ərzində korlanmayıb. Nəinki suda, hətta torpaqda da illərlə, əsrlərlə qalan qızıl korlanmırda, qaralmırda.  Səməd Vurğun doğru demişdir:  “Qızılı udsa da qara torpaqlar,  Yenə qiymətini özündə saxlar”.  Hələ lap qədim zamanlarda insanlar gümüşün və qızılın qəribə xüsusiyyətlərini müşahidə etmişlər. Bu metallar havada öz parıltısını itirmir, suda pas atmır, turşu və qələvilərin yeyici məhlullarında həll olmurlar. Davamlılıq və sabitlik həmişə nəciblik əlamətləri hesab edilib. Ona görə də qızıl və gümüşdən ötrü neçə-neçə müharibələr baş verib, cinayətlər törədilib.  Hələ 300 il bundan qabaq Cənubi Amerika filiz mədənlərində ispanlar qızılı yumağa mane olan ağır bir metalı acıqla kənara atırdılar. Onlar heç ağıllarına g