Сообщения

Сообщения за февраль, 2018

Milli tarix və mədəniyyət ocağı – Şəki

Изображение
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərviçəsində “Blogger-V-blogger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədiklərimiz” adlı layihəyə əsasən, Şəkiyə səfərimiz oldu. Məqsəd bu tarixi diyarla bağlı məlumatları cəmiyyətin diqqətinə çatdırmaq, onları bu istiqamətdə maarifləndirməkdən ibarətdir. Şəki Azərbaycanın qədim tarix diyarıdır. Zəngin mədəniyyəti və tarixi ilə seçilən, əvvələr Nuxa kimi tanınan doğma Şəki, hazırda prezident səviyyəsində imzalanmış rəsmi sənədə əsasən, şəhər statusunu daşıyır. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, Böyük Qafqaz sıra dağlarının ətəklərində, mərkəzi regionlardan uzaqda yerləşir.