NƏCİB METALLAR

Dənizlərin dibində batmış gəmilər var. Onların yelkənləri çoxdan çürüyüb, göyərtələri yosun və balıqqulaqları ilə örtülüb, dəmir hissələri isə pas atıb. Tunc toplar da şor dəniz suyundan qaralıb. Təkcə gəmi anbarlarında qalan qızıl pullar bu neçə illər ərzində korlanmayıb. Nəinki suda, hətta torpaqda da illərlə, əsrlərlə qalan qızıl korlanmırda, qaralmırda. 

Səməd Vurğun doğru demişdir: 
“Qızılı udsa da qara torpaqlar, 
Yenə qiymətini özündə saxlar”. 

Hələ lap qədim zamanlarda insanlar gümüşün və qızılın qəribə xüsusiyyətlərini müşahidə etmişlər. Bu metallar havada öz parıltısını itirmir, suda pas atmır, turşu və qələvilərin yeyici məhlullarında həll olmurlar. Davamlılıq və sabitlik həmişə nəciblik əlamətləri hesab edilib. Ona görə də qızıl və gümüşdən ötrü neçə-neçə müharibələr baş verib, cinayətlər törədilib. 

Hələ 300 il bundan qabaq Cənubi Amerika filiz mədənlərində ispanlar qızılı yumağa mane olan ağır bir metalı acıqla kənara atırdılar. Onlar heç ağıllarına gətirmirdilər ki, “platin” adlandırdıqları bu metal vaxtilə qızıldan da qiymətli hesab ediləcək. 

Kimyaçılar bu metalı tədqiq edərkən platin fəsiləsi metalları qrupunu aşkara çıxardılar. Bunların arasında osmium Yerdə ən ağır metaldır. O, qurğuşundan 2 dəfə, dəmirdən isə təqribən 3 dəfə ağırdır. Bütün nəcib metallardan, xüsusən platindən müasir texnikada istifadə edirlər. Ondan xüsusi kimya qabları- platin putalar( içində metal əritmək üçün odadavamlı qablar) düzəldilir. Axı platin lap bərk közərdiləndə belə havanın tərkibində olan oksigenlə reaksiyaya girmir və öz çəkisini dəyişdirmir. Platinin iridiumla ərintisindən ən dəqiq ölçü nümunəsi olan kiloqram etalonu düzəldirlər. Onunla bütün dünyada tərəzilər yoxlanılır. Nəcib metal olan radium projektorlardakı güzgülərin üstünə çəkilir, çünki o, ən yüksək temperaturda belə öz parıltısını itirmir. 

Gümüş elektriki əla keçirir. Ondan elektron relesi üçün kontaktlar düzəldilir, radioqəbuledicilərin bəzi detallarının üzəri gümüşlə örtülür. 

İndi qızıla da münasibət xeyli dəyişib. Ondan təkcə zərgərlikdə istifadə edilmir. Elektrovakuum cihazlarındakı kontaktları qızıldan hazırlayırlar. Qızıl olmadan tranzistor düzəltmək olmaz. Qızılın platinlə ərintisindən ən davamlı kimyəvi qablar istehsal edilir.

Комментарии

Популярные сообщения из этого блога

Milli tarix və mədəniyyət ocağı – Şəki